Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İran mediası: Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir
İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə "Etemad" qəzetinin "Qurumuş Urmiya gölünə niyə yağış yağmır?" başlıqlı məqaləsində bildirilir.
Qəzetin yazdığına görə, iqlim dəyişikliyi gölün qurumasında mühüm rol oynayıb. Müəllif bildirib ki, qlobal istiləşmə su hövzəsində temperaturun artmasına səbəb olub.
"Urmiya gölünün su ehtiyacının 60-70 faizini yazda qarın əriməsi təmin edir. Daha az qar əriyərsə, gölə az şirin su toplanar", - deyə materialda qeyd olunub.
Məlumata görə, qlobal istiləşmə, insanların sudan düzgün istifadə edə bilməməsi vəziyyəti daha da çətinləşdirir. Əkinçilik və kənd təsərrüfatının başqa sahələrində gölə axan sudan yanlış istifadə Urmiya gölünün qurumasına yol açıb.
"Urmiya" teqi üzrə xəbərlər
- İranda Güney Azərbaycanın futbol komandasının oyunçuları hücuma məruz qalıblar
- Urmiya şəhərinə yeni başçı təyin edilib
- Urmiya stadionunda "Azərbaycan var olsun!" sədaları
- Urmiyada dəhşətli məhkəmə qərarı: Beş məhbusun barmağı kəsiləcək
- Yaponiyanın İrandakı səfiri Urmiya gölü ilə bağlı danışdı: "Şad xəbərimiz var"