Əlcəzairdə keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Əbdüləziz Butafliqa ümumi səslərin 81%-ni əldə edib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Əlcəzairin Daxili İşlər Nazirliyi seçkilərə səsvermə hüququ olan seçicilərdən 51%-nin qatıldığını açıqlayıb.
Bildirək ki, Ə.Butafliqanın əsas rəqibi ölkənin sabiq baş naziri Əli bin Fuley isə səslərin 12%-ni əldə edib.
Yerli əsas müxalifət partiyaları seçkilərdə geniş miqyasda saxtakarlığın baş verdiyi və buna görə də seçki nəticələrinin qəbuledilməz olduğunu bəyan ediblər. Ə.Fuleys xalqın verdiyi səslərin oğurlandığını və bu səbəbdən seçki nəticələrini heç vaxt qəbul etməyəcəyini bildirib.
Qeyd edək ki, ölkə müxalifəti 15 ildir, hakimiyyəti əlində saxlayan Ə.Butafliqanın səhhətinin yaxşı olmadığını əsas gətirərək, 77 yaşlı liderin dördüncü dəfə prezident olmasını qeyri-mümkün hesab edir.