Əlcəzairin şimalında avtobus və yük maşınının toqquşması nəticəsində ən azı 33 nəfər ölüb, daha 22 nəfər isə xəsarət alıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Hadisə iyunun 4-də səhər saatlarında Laquat əyalətində baş verib. Oran-Uarqla marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yük avtomobili ilə toqquşub.
Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.
Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırırlar.