İran diplomatı Əmir Musəvi bəyan edib ki, İran tərəfindən əsir götürülən İsrailin qırıcı pilotu tezliklə televiziyada ölkəni sarsıdacaq etiraflarla çıxış edəcək.
Oxu.Az bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
"İsrailli pilotun etirafları İran televiziyasında yayımlanacaq. Onlar ölkəni silkələyəcək, təyyarələrin harada yanacaqla doldurulduğu və haradan havaya qalxdığı məlum olacaq", - deyə Əmir Musəvi qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İranın İsrailə məxsus 4 "F-35" qırıcısını vurduğu açıqlanmışdı.