Beşqat "Qızıl top" mükafatının sahibi Kriştianu Ronaldu ABŞ Prezidenti Donald Trampa öz soyadı və şəxsi avtoqrafı olan Portuqaliya millisinin köynəyini hədiyyə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Portuqaliya millisinin Mətbuat Xidməti məlumat verib.
"Sülhün tərəfdarı olan Prezident Donald Trampa", - deyə portuqaliyalı köynəyin üzərinə yazıb.
Hədiyyə Avropa Şurasının rəhbəri Antoniu Kosta vasitəsilə Trampa təqdim edilib.
Qeyd edək ki, Ronaldunun 40 yaşı var. Portuqaliyalı beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası dünya çempionatlarının ən yaxşı bombardiridir. Ronaldu rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçudur.