Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi
Tacikistan Prezidenti Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (TXDP) sədri seçilib. Onun namizədliyi partiyanın Düşənbədə keçirilən 15-ci qurultayında dəstəklənib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Tacikistan prezidentinin rəsmi saytında məlumat verilib.
"Qurultay nümayəndələrinin dəstəyi ilə Emoməli Rəhmon Tacikistan Xalq Demokratik Partiyasının sədri seçilib. Malikşo Nematzoda birinci müavin, Umeda Abdullozoda və Mirzokosim Kərimzoda sədrin müavinləri seçiliblər", - deyə məlumatda bildirilib.
Bundan əlavə, qurultay zamanı partiyanın Mərkəzi İcraiyyə Komitəsinin yeni tərkibi, onun rəhbərliyi və digər orqanlarının strukturu təsdiq edilib.
Tacikistanın ən böyük siyasi partiyası olan TXDP 1994-cü ildə yaradılıb. Emoməli Rəhmon isə 1998-ci ilin martında bu partiyaya qoşulub və o vaxtdan bəri onun lideridir.
"Tacikistan" teqi üzrə xəbərlər
- Tacikistan, Qırğızıstan və Özbəkistan üç ölkənin sərhədlərinə dair saziş imzaladılar
- Qırğızıstan Tacikistanla sərhəd sazişini ratifikasiya edib
- Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır
- Qırğızıstan və Tacikistan prezidentləri tarixi razılaşmanı imzaladılar
- Tacikistanda parlament seçkisi keçirilir