Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
HƏMAS-la İsrail arasındakı mümkün razılaşmanın detaları bəlli oldu
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində təxminən 30 girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Qəzza radikalları təxminən 30 israilli girovun çoxunu sağ-salamat, həmçinin bir neçəsinin cəsədini təhvil verəcək.
HƏMAS isə gözləyir ki, İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbuslar da olacaq.
Bundan əlavə, HƏMAS Misir sərhədindəki Rəfah keçid məntəqəsinin Fələstin hissəsinin Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsinə razılıq bildirib.
Qeyd edək ki, İsrailin son məlumatlarına görə, HƏMAS və onun müttəfiqləri hələ də 100 nəfəri girov saxlayır. Radikallar anklavda saxlanılan ən azı 33 girovun öldüyünü, daha bir neçəsinin isə itkin düşdüyünü iddia edirlər.
Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində tibbi yardıma ehtiyacı olan israilli girovları, həmçinin anklavda saxlanılan yaşlı insanları və qadın hərbi qulluqçularını azad etməyə razılaşdığı iddia olunur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Arabiya" telekanalı məlumat verib.
Nəşrin mənbələrinin məlumatına görə, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlar üçün həlledici ola bilər.
Kanal iddia edir ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində anklavda hərbi əməliyyatların tamamilə dayandırılması tələbindən imtina edib, lakin israr edir ki, Qəzzanın şimal rayonlarının sakinləri İsrail hərbçiləri tərəfindən əlavə axtarışlar aparılmadan evlərinə qayıtmaq imkanı əldə etməlidirlər.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?
- İsrail ordusu HƏMAS komandirini öldürüb
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib
- İsrailin güc qurumlarının rəhbərləri HƏMAS-la sazişi müzakirə ediblər
Rəylər