"Tehrana qarşı təhdidlər davam edəcəyi təqdirdə ABŞ ilə yekun razılaşmaya dair danışıqlar başlanmayacaq".
Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "X" hesabında açıqlama yayıb.
"Nə xalq, nə də bizim rəşadətli Silahlı Qüvvələrimiz heç bir hədə-qorxuya boyun əymir. Memorandumun 13-cü bəndində aydın şəkildə bildirilir: "Təhdidlər davam edərsə, yekun sazişin bağlanması üzrə danışıqlar həyata keçirilməyəcək. Öz imzanıza hörmət edin", - deyə diplomat paylaşımında qeyd edib.

Qaynar xətt:
(055) 224 12 12