Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ərdoğan: “15 iyul bizim şərəf günümüz oldu”
“Türkiyə 2016-cı ildə dövlət çevrilişi cəhdini unutmayacaq və xarici qüvvələrin ölkədə sabitliyi pozmağa yönəlmiş planlarının həyata keçirməsinə imkan verməyəcək”.
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişinin yatırılmasının ildönümünə həsr olunmuş mitinqdə deyib.
“Biz millətimizə qarşı yönəlmiş heç bir məkrli ssenarinin reallaşmasına imkan verməyəcəyik” – mitinq iştirakçılarına xitab edən R.T.Ərdoğan vurğulayıb.
Ərdoğan söyləyib ki, çevriliş günlərində Türkiyə xalqı bütün dünyaya birləşərək vahid bir xalq ola bildiyini sübutu yetirdi.
“Bizim tərəfimizdə 85 milyon insan var, milli iradəni tüfənglə, tankla, təyyarə məğlub etmək olmaz. 15 iyul bizim şərəf günümüz oldu”, - deyə Ərdoğan bildirib.
Mənbə: Anadolu
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan Trampla danışıb, qlobal məsələlər müzakirə edilib
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
- Tusk Ərdoğandan Ukraynadakı sülh prosesi üçün məsuliyyət götürməyi xahiş edib
- Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb
- Birinci xanımların geyim sirləri: Türkiyəli rəsmilərin modelyer-dizayneri ilə ÖZƏL MÜSAHİBƏ