Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ərdoğan: ABŞ bizə arxadan zərbə vurmaq istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı ölkəsinə “arxadan zərbə” vurmaq cəhdlərində ittiham edib, baxmayaraq ki, Ankara NATO-da Vaşinqtonun müttəfiqidir.
Bu barədə Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
“Biz birlikdə NATO-ya üzv dövlətlərik, lakin siz öz strateji tərəfdaşınıza arxadan zərbə vurmağa çalışırsınız. Belə işlər yol veriləndirmi?”, - deyə Ərdoğan Ankarada türk səfirlərinin 10-cu konfransında bildirib.
“Bir tərəfdən strateji tərəfdaş kimi hərəkət edir, digər tərəfdən öz tərəfdaşınızın ayağına güllə atırsınız”, - o əlavə edib.
Türk lider bəyan edib ki, Türkiyəyə qarşı indiki təzyiq bəzi xarici qüvvələrin Ankaranın müstəqil siyasətinə reaksiyasıdır.
Onun sözlərinə görə, belə hərəkətlərin əsas məqsədi Türkiyəni şəxsi maraqlarını qorumaqdan imtina etməyə məcbur etməkdir. Ərdoğan hazırkı vəziyyəti “iqtisadi mühasirə”, türk valyutasının problemini isə Türkiyəyə hücumun “nəticəsi” adlandırıb.
Lakin o, vətəndaşları narahat olmamağa çağıraraq bildirib ki, Türkiyə iqtisadiyyatı “bütöv və güclüdür” və belə də qalacaq.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
- "Haber Global": "Türkiyənin COP29-dakı stendi böyük diqqət çəkir"
- Ərdoğan G20 liderlərinin sammiti üçün Braziliyaya gedir
- Haber Global: "Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi"
Rəylər