Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib.
Bunu Oxu.Az-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Onun sözlərinə görə, ölən əsgərin atası bu gün Zakir Qaralov tərəfindən qəbul edilib:
“Hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir. Bir neçə gün ərzində istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
İlhamə Əbülfət
www.oxu.az