Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri çərçivəsində yenidən örnək sayılası addım atıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, türkmənistanlı həmkarı Qurbanqulu Berdimuhamedov tərəfindən rəsmi qarşılanma zamanı Ərdoğan yerə düşən Türkiyə və Türkmənistan bayraqlarını əyilib götürərək, cibinə qoyub.
Ərdoğanla Qurbanqulu Berdimuhamedov arasında keçirilən görüş zamanı 2 ölkə arasındakı əlaqələr müzakirə olunub.