Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ərdoğan İranın xarici işlər naziri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçını qəbul edib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, görüşdə İsrail və İran arasında münaqişə, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident regionun yeni müharibəyə tab gətirməyəcəyini vurğulayaraq, İsrailin hücumlarını dərhal dayandırmalı olduğunu vurğulayıb. O, həmçinin bəyan edib ki, nüvə mübahisələrinin həllinə gedən yol danışıqlardan keçir.
Ərdoğan Türkiyənin vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib və diplomatiyanın İranla ABŞ arasında texniki və liderlər səviyyəsində danışıqlardan başlamalı olduğunu vurğulayıb. O əlavə edib ki, Türkiyə bu prosesdə dəstəyini davam etdirəcək.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "Şəhidlərimizin, qazilərimizin mübarizəsi boşa getməyəcək"
- Ərdoğan: "15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi"
- Beynəlxalq media proqramı çərçivəsində Ankarada Türkiyə Böyük Millət Məclisi ziyarət edilib
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi
- Ankara ABŞ-nin Zəngəzura dair planları ilə bağlı şərh verməyib