Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-23-də Küveyt, Qətər və Omanda rəsmi səfərdə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı adıçəkilən ölkələrlə ikitərəfli əlaqələrə bütün aspektlərdə baxılacaq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunacaq.
Görüşlərdə beynəlxalq məsələlər, xüsusilə də regional hadisələrlə bağlı məsləhətləşmələrin aparılacağı gözlənilir.
Türkiyə liderinin səfəri zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün müxtəlif sazişlərin imzalanması da nəzərdə tutulub.