Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli ölkə ərazisində terrorçuluğa dəstək verməkdə günahlandırıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ərdoğan televiziyada çıxışında deyib.
“Almaniya ən amansız şəkildə terrorçulara dəstək verir. Biz Almaniyaya PKK və FETÖ terrorçularının 4500 dosyesini göndərmişik, lakin onların hamısı cavabsız qalıb”, - deyə Ərdoğan bildirib.
O, həmçinin Türkiyədə həbs olunan Dəniz Yuceli casus və terrorçu adlandırıb.
S.B.
www.oxu.az