Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib. Qətldə istifadə edilən kimyəvi maddə isə ABŞ-ın kimyəvi silah ehtiyatlarından ola bilər.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön bəyan edib.
Onun sözlərinə görə, hadisə rəsmi Pxenyana təzyiq göstərmək məqsədi daşıyır.
Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən olunub.
S.B.
www.oxu.az