Niderland, Avstriya və Almaniya hökümətləri rəsmi Ankaranın nüfuzunun genişlənməsinə qarşıdırlar, bu səbəbdən türkiyəli siyasətçilərin fəallığına qarşı çıxırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bəyan edib.
“Türkiyə aprelin 16-da referendum keçirəcək. Rəcəb Tayyib Ərdoğanın böyük səlahiyyətləri olacaq. Bundan sonra Türkiyə Qərb üçün təhlükə ola bilər, çünki bu ölkə çox güclü olacaq”, - Jirinovski deyib.
Deputat həmçinin bildirib ki, hollandiyalılar “qudururlar”.
“Bu millət deqradasiya eləyir”, - o deyib.
S.B.
www.oxu.az