Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərdoğan və Paşinyan Azərbaycanla sülh müqaviləsini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki "Türk Evi"ndə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Azərbaycanla Ermənistan arasında sülh prosesləri müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.
Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini vurğulayıb.
Ərdoğan Paşinyana özünün müəllifi olduğu "Daha ədalətli bir dünya mümkündür" kitabını hədiyyə edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, görüş Türk Evində baş tutub.
Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- KİV: Paşinyan Türkiyəyə gedir
- Ərdoğandan açıqlama: "İndoneziya ilə KAAN təyyarələri üzrə razılaşma əldə olundu"
- Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib
- Ərdoğan İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını tarixi addım adlandırdı
- Ərdoğanla Pezeşkian regional məsələləri müzakirə ediblər