Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Life.ru xəbər verir ki, bununla bağlı Putin özü məlumat verib.
O bildirib ki, əvvəlcə məhdud tərkibdə, daha sonra isə təkbətək görüş keçirilib.
Putin deyib ki, onlar iki ölkə arasında münasibətləri müzakirə ediblər.
“Bir çox məsələlər, o cümlədən, enerji məsələləri - Türkiyədəki atom elektrostansiyası, “Türk axını” layihəsi müzakirə olundu”, - o qeyd edib.
12:20
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gedəcək. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu, 2019-cu ildə liderlər arasında üçüncü görüş olacaq.
“Anadolu” agentliyinin məlumatına görə, səfərdən əvvəl Ərdoğan Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb.
O, Putinlə görüşündə müzakirə ediləcək məsələləri açıqlayıb:
“Putinlə ikitərəfli münasibətlər, Suriya başda olmaqla regional və beynəlxalq problemləri, eləcə də, viza məsələsini müzakirə edəcəyik”.
Ərdoğanın sözlərinə görə, ötən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 15 faiz artaraq, 26 milyard dollara çatıb.
Samir İsayev