Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərə gəldiyi Seneqalda Qvineya-Bisaunun prezidenti Umaro Sissoko ilə görüşüb.
Seneqal Konqo Demokratik Respublikasından sonra Türkiyə dövlət başçısının Afrika turnesinin ikinci dayanacağı olub.
Seneqaldan sonra Ərdoğanın Qvineya-Bisauya səfəri planlaşdırılsa da, sabah keçiriləcək NATO liderlərinin onlayn toplantısı səbəbindən səfər təxirə salınıb.
Müvafiq qərarın açıqlanmasından sonra Qvineya-Bisaunin prezidenti Umaro Sissoko Ərdoğanla görüşmək üçün Seneqala gəlib.
Dövlət başçıları arasındakı danışıqlar Seneqalın Prezident Sarayında baş tutub.
Mənbə: milliyyet.com.tr