Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə görüşdə bəyan edib ki, Rusiya ilə əməkdaşlığın genişləndirilməsinə ümid edir.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
“Türkiyə-Rusiya münasibətləri müsbət axara düşüb. Belə məqsədlərə çatmaq prosesi sizə və mənə məlumdur. Mən əminəm ki, keçirəcəyimiz danışıqlardan sonra daha da genişləndirilmiş proseslərə başlayacağıq”, - Ərdoğan deyib.
16:10
“Rusiya və Türkiyənin əməkdaşlığı regiondakı bir çox problemin həllinə öz töhfəsini verəcək”.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.
Ərdoğan dövlət çevirilişi cəhdindən sonra Rusiya prezidenti V.Putinin telefon zənginə şad olduğunu vurğulayıb.