Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşüb.
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, görüş Türkiyə liderinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammitində iştirak etmək üçün səfərdə olduğu Tiencin şəhərində baş tutub.
Bildirilir ki, tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər. Türkiyə prezidenti sammit çərçivəsində digər liderlərlə də görüşlər keçirəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinin Tiencin şəhərinə səfər edib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, bu il təşkilatın tarixindəki ən böyük sammitdə 20-dən çox xarici ölkə lideri iştirak edir. Pekin bəyan edib ki, Çin və Türkiyə milli inkişafa nail olmaqla bağlı ümumi razılığa malikdirlər.
Qeyd olunur ki, Türkiyə prezidentinin başda Çin Xalq Respublikasının Sədri Si Cinpin olmaqla digər ölkə liderləri ilə görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda yaradılmış beynəlxalq təşkilatdır.
