Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan: "Tramp istəsə, Ukraynadakı münaqişə tezliklə bitəcək"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin tezliklə həllinin mümkünlüyünə əmin olduğunu bildirib, lakin bir şərtlə ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası müvafiq iradəsini və niyyətini nümayiş etdirsin.
Oxu.Az-ın "Anadolu" Agentliyinə istinadən xəbərinə görə, bu barədə Ərdoğan Qırğızıstan və Macarıstana səfərinin yekunlarına dair jurnalistlərə müsahibəsində deyib.
"ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri bu münaqişənin həllini sürətləndirəcək. Biz lap əvvəldən sülhün tərəfini seçmişik, bizi müharibədə tərəflərdən birini tutmağa istiqamətləndirmək cəhdlərinə məhəl qoymamışıq və hər iki tərəflə əlaqə saxlamışıq. Biz, həmçinin gördük ki, Qərb bu problemin diplomatiya yolu ilə həll olunacağına dair əminliyimizi kifayət qədər bölüşmür. Əgər görsək ki, Trampın dövründə ABŞ administrasiyası bu məsələyə nizamlanma mövqeyindən yanaşır, o zaman biz bu müharibəyə asanlıqla son qoya bilərik", - deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan vurğulayıb ki, daha çox silah, daha çox bomba və daha çox xaos bu müharibəni bitirməyəcək.
"Daha çox dialoq, daha çox diplomatiya və daha çox razılaşma sülhə qapı açır. Türkiyə hər iki tərəfi danışıqlar masasına oturtmağa müvəffəq olub. Biz bunu dəfələrlə etmişik və yenə də edə bilərik. Bu müharibə indi başa çatmalıdır. Biz bütün səylərimizi sülhün əldə edilməsinə yönəltmişik və bu istiqamətdə işimizə davam edəcəyik", - deyə Türkiyə lideri qeyd edib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI
- Ərdoğan: "Beynəlxalq təhlükəsizlik müstəvisində ciddi hadisələr baş verir"
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib
Rəylər