Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Anar Zeynalov: "Xaricdən idxal olunan məhsullara az üstünlük veriləcək"
"Ərazidə qurulan bütün kofeşop və restoranların təmiri yekunlaşıb. Artıq restoranların bir çoxu fəaliyyət göstərir. Burada iki böyük restoran, 28 kofeşop və dünya mətbəxi nümunələrini təqdim edən qida satış nöqtəsi var. İtaliya, Hindistan, Avropa mətbəxinin satışını həyata keçirən məntəqələr də fəaliyyət göstərir. Təbii ki, bizim milli mətbəximizdə də təklif olunur. Noyabr ayının 11-ni səbirsizliklə gözləyirik".
Oxu.Az xəbər verir ki, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin ketrinq, təmizlik və tullantıların təmizlənməsi departamentinin infrastruktur şöbəsinin müdiri Anar Zeynalov bildirib.
Anar Zeynalov vurğulayıb ki, konfrans dövrü qidaların hazırlanmasında 85-90 faiz yerli məhsullardan istifadə olunacaq:
"Az hissə xarici məhsulların payına düşür. Belə ki, logistik xidmətlərdən az istifadə karbon emissiyasının azalmasına çox mühüm töhfə vermiş olacaq".
Anar Zeynalov, həmçinin əlavə edib ki, restoran və kofeşoplarda qiymətlər Bakı şəhərindəki qida satış məntəqələrindən fərqlənməyəcək.
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"