“Türkiyə iqtisadiyyatına hücumlar zamanı uğurun əsas təminatçısı türk xalqının qətiyyətidir”.
Oxu.Az-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, Malazgirtdə tarixi qalibiyyətlə bağlı müraciətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyəyə qarşı çoxsaylı daxili və xarici hücumlara rəğmən, millət Malazgirtdə qalibiyyətin ruhuna sadiqliyi hesabına ayaqda durmağı bacarıb.