İyunun 10-da Türkiyə Cümhuriyyəti Aviasiya Komandanlığının keçirdiyi tədbirdə “T-129 ATAK” helikopteri sınaqdan keçirilib və Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla prezident Abdullah Gül də iştirak ediblər.
Baş nazir və prezident mərasimdə etdikləri çıxışlardan sonra helikopterin pilotları qismində şəkillər çəkdiriblər.