Alim və Fərqanə Qasımovlar İsveçrədə konsert verəcəklər.
Oxu.Az xəbər verir ki, xanəndələrin Montre Caz Festivalı çərçivəsində iyulun 6-da solo konserti baş tutacaq.
Xatırladırıq ki, festivalda tanınmış Azərbaycan qrupu “Rast” da iştirak edəcək. Montre Caz Festivalı çərçivəsində iyulun 16-da isə “Rast” dünyaca məşhur saksofonçu Meyseo Parker və onun fank-orkestri ilə çıxış edəcəklər. İyulun 17-də qrupun solo konserti baş tutacaq.
Məlumat üçün bildirək ki, Montre Caz Festivalı 1967-ci ildən etibarən keçirilir.
Aytən Sadıqzadə
www.oxu.az