Türkiyədə seçicilərin ağlını və ürəyini qazanmaq uğrunda gərgin mübarizə gedir. İyunun 24-də baş tutacaq prezident və parlament seçkiləri yaxın illərdə ölkənin hansı istiqamətdə gedəcəyini müəyyənləşdirmək üçün vacibdir.
Bu günlərdə Türkiyədə keçirilən iki mitinqə dörd milyondan çox insan qatılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda keçirdiyi ilk mitinqinə, müxtəlif mənbələrin məlumatına görə, 1,3-1,7 milyon insan qatılıb.
CHP-dən prezidentliyə namizəd olan Məhərrəm İncənin dünən İzmirdəki mitinqində isə 2,5 milyondan çox tərəfdarı iştirak edib.
Oxu.Az Baku.Tv ilə birlikdə Türkiyədəki mitinqlərdən videosujeti təqdim edir.
Kadrlar, həqiqətən də, təsiredicidir:
Əli Məmmədov
VİDEO: Asim Cəlilov
www.oxu.az