Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qidanı xüsusi laboratoriyada zəhərin müəyyən edilməsi üzrə yoxlamadan keçməmiş qəbul etmir. Bu barədə The New York Times məlumat verir.
Oxu.Az Qazeta-ya istinadən xəbər verir ki, prezidentin həkimi Sevdet Erdol deyib ki, Ankarada prezident sarayının min otağından birində xüsusi laboratoriya yaradılacaq. Həmin laboratoriya qida məhsullarında radioaktiv materiallar, zəhər və təhlükəli bakteriyaların olub-olmamasını analiz edəcək.
“Bilirik ki, müasir dünyada insanları birbaşa qətlə yetirmirlər, gizli olaraq qidaya zəhərli maddələr əlavə edirlər”, - Erdol deyib.
O, həmçinin əlavə edib ki, beş yerli mütəxəssis prezident sarayında hər gün 14 saat növbə çəkir. Onlar prezidentin yeməklərini test edir və onun qida tələbatını yerinə yetirirlər.
www.oxu.az