Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ərdoğan: “Zelenskinin on maddəlik sülh planını dəstəkləyirik”
“Ukrayna Prezidenti Volodimir Zelenskinin on maddəlik sülh planını prinsipcə dəstəkləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciətində deyib.
O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır.
“Şərqi Avropadakı savaşın ədalətli və dayanıqlı sülhlə başa çatması üçün çalışırıq. Bunun üçün diplomatiya və dialoqa şans verilməlidir”, - deyə o bəyan edib.
Ərdoğan qeyd edib ki, bütün cəhdlərə rəğmən, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı lazımi nəticə əldə olunmayıb və sülh üçün tərəflərin bir araya gətirilməsinə ehtiyac var.
Mənbə: Anadolu
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "Beynəlxalq təhlükəsizlik müstəvisində ciddi hadisələr baş verir"
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
Rəylər