Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərdoğandan müxalifətə qarşı ittihamlar barədə ilk AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində keçmiş millət vəkilləri ilə bir araya gəldiyi iftar proqramında əhəmiyyətli açıqlamalar verib.
Oxu.Az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, prezident çıxışında son günlər ölkədə gündəm olan hadisələri şərh edib:
"Hər gün yeni gündəmlərlə oyanan Türkiyənin bu süni gündəmlərlə məşğul edilməsi ölkənin real problemlərinin gözdən qaçırılmasına səbəb olur", - deyə o bəyan edib.
Dövlət başçısı CHP və digər müxalifət partiyalarının korrupsiya və digər mövzularda ittihamlara dolğun bir izahat vermədiklərini bildirib.
"Müxalifət iddialara cavab verə bilmir. Bu iddiaların doğru olduğunu ən yaxşı onlar bilir. Bizim şəxsən və ya partiya olaraq, müxalifətin tamaşalarına vaxt ayıracaq zamanımız yoxdur. Biz sadəcə işimizə baxırıq və hədəflərimizə yönəlirik", - Ərdoğan vurğulayıb.