Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə etdiyi təklifindən danışıb. Türkiyəli lider Rusiya ilə S-500 zenit-raket kompleksini birgə istehsal etmək istəyir.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
“Rusiya bizə S-400-lər üçün çox uyğun şərtlər altında kredit verdi. İkinci və üçüncü mərhələdə biz birgə istehsala başlayacağıq. Ola bilsin ki, birlikdə S-500 kompleksləri də istehsal edək”, - Ərdoğan deyib.
Liderlər arasında danışıqların nə vaxt baş tutduğu və Putinin hansı reaksiya verdiyi açıqlanmır.
Ötən ilin sentyabrında Moskva və Ankara Türkiyəyə S-400 komplekslərinin satışı ilə bağlı saziş imzalayıblar.
Razılaşmanın ümumi dəyəri 2,5 milyard dollardır. Bunun yarısını Türkiyə Rusiyanın verdiyi kredit hesabına ödəyəcək.
Rəylər