Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi tədbirdə kövrək anlar yaşayıb.
Oxu.Az Haberler-ə istinadən xəbər verir ki, dövlət başçısına qatıldığı mükafatlandırma mərasimində anası Tənzilə Ərdoğanla qoşa çəkilmiş portreti hədiyyə edilib.
Rəssam İsmayıl Açarın əl işi prezidenti kövrəldib və o, əsəri öpərək qəbul edib.