“Today's Zaman”-nın baş redaktoru Bülənt Keneş qəzetin binasının çıxışında həbs olundu, haberler.com agentliyi xəbər verir.
Oxu.Az-ın məlumatına görə, Keneş “Twitter” səhifəsində dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün saxlanılıb.
Keneş isə öz növbəsində bütün ittihamları rədd edərək, heç kimi təhqir etmədiyini bildirib.