Türkiyənin cənubunda Konya əyalətində məhkəmənin qərarına əsasən, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən tələbə həbs olunub.
Oxu.Az Türkiyənin Hurriyet qəzetinə istinadən xəbər verir ki, 16 yaşlı tələbə 1930-cu ildə islamçıların öldürdüyü türk zabitinin xatirəsinə həsr olunmuş mərasimdə demokratik əhvallı gənclərin qrupu adından mətbuata açıqlama verib.
O, öz bəyanatında Türkiyə rəhbərliyini rüşvətxorluqda ittiham edib. Tələbə saxlanılıb və dindirilmək üçün prokurorluğa gətirilib.
Tələbə öz günahını etiraf etməyərək, heç kimi təhqir etmək istəmədiyini söyləyib. Gəncin həbsini müxalif “Cumhuriyyetçı-Halk Partisinin” (CHP) Konya şöbəsinin rəhbər müavini Atilla Kart pisləyib və ona dəstək göstərəcəyinə söz verib.