Yeni yetişdirilən gülə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı verilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Şri Lankada yeni yetişdirilən orxideya çiçəyinə Ərdoğanın adı verilib.
Buna səbəb Şri Lankada baş vermiş sunamidən sonra Türkiyənin göstərdiyi dəstək olub.
Qeyd edək ki, Şri Lankada güclü təbii fəlakət 2005-ci ildə baş vermişdi.
