Türkiyədə dünən keçirilən prezident seçkilərində qalib gələn indiki prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə tarixi açıqlanıb.
Oxu.Az-ın “Haber7”-yə istinadla məlumatına görə, prezident iyulun 8-də and içəcək.
İnauqurasiya mərasimindən sonra o, səlahiyyətlərinin icrasına başlayacaq.
Seçkinin rəsmi nəticələri iyulun 5-də elan olunacaq.