Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan parlament semkilərində iştirak etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə “Milliyet” qazetinə hakim “Ədalət və İnkişaf” partiyasının rəhbərinin müavini Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, Süməyya Ərdoğanın böyük təcrübəsi var, və çox yaxşı olardı ki, o parlament seçkilərində iştirak etsin.
Qeyd edək ki, Türkiyədə növbəti parlament seçkiləri 14 iyun 2015-ci il tarixində keçiriləcək.