Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənistan Ani körpüsünün bərpası ilə bağlı mövqeyini Ankaraya çatdırıb
Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Ermənistan tarixi Ani körpüsünün bərpa işlərinə dair öz yanaşmalarını Türkiyəyə təhvil verib", - XİN-dən bildiriblər.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankarada türkiyəli keçmiş həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi.
"Türkiyə-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Türkiyə XİN-dən Ermənistana ÇAĞIRIŞ
- Rusiya XİN: "Moskva Ankara ilə İrəvan arasında yaxınlaşma səylərini dəstəkləyir"
- Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verdi
- Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddə Rusiya qoşunlarını əvəz ediblər
- Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi
Ən çox oxunanlar