Ermənistan tarixində ilk dəfə olaraq Pakistana səfir təyinatı həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, Karen Qriqoryan əvəzçilik üzrə Ermənistan Respublikasının Pakistandakı səfiri təyin edilib.
Qriqoryan eyni zamanda Ermənistanın BƏƏ (2022-ci ildən) və Səudiyyə Ərəbistanındakı (2024-cü ildən) səfiridir. Bundan əvvəl o, İraqda (2014-2018) və Misirdə (2018-2022) rəsmi İrəvanın diplomatik nümayəndəsi kimi çalışıb. Ərəb, ingilis və rus dillərini bilir.
Qaynar xətt:
(055) 224 12 12