Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistan parlamentində qalmaqal: Xocalı qatili tribunadan qovuldu
Ermənistan parlamentinin spikeri Alen Simonyan və "Hayastan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan arasında parlament iclası zamanı mübahisə yaşanıb.
Hadisə Simonyanla müxalifətçi deputat Geqaq Nazaryan arasında mübahisə zamanı baş verib. Nazaryan hökumət məmurlarının deputat avtomobillərinin xidməti girişdən buraxılmasına icazələri olduğunu, lakin ötən gün maşınların binaya buraxılmadığını bildirib. Simonyan isə onu "qeyri-adekvat" adlandırıb.
Bu zaman keçmiş müdafiə naziri, Xocalı hadisələrinin qatili, hərbi cinayətkar olan Seyran Ohanyan tribunaya qalxaraq Alen Simonyandan yalan danışmamasını istəyib.
Simonyan isə cavabında onun özünün yalan danışdığını deyib.
"Get buradan", - deyə Simonyan daha sonra kobud şəkildə onu tribunadan qovub.
Mənbə: Ermənistan KİV
"Ermənistan parlamenti" teqi üzrə xəbərlər
- Ermənistanın çıxış yolu - Qərbi Azərbaycan reallığının etirafı
- Simonyan: "Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub"
- Parisin Bakıya "cırtdanlar"la hücumu - "Saman çöpündən yapışan" Makron
- Erməni professor: "Putin Vardanyan kimi adamlardan zibil kimi istifadə edib, zibilxanaya atır"
- Simonyanın "Azərbaycanın Qarabağdakı əməliyyatı BMT qətnamələrinə uyğundur" açıqlamasının sirri
Rəylər