Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DİN "Son zəng"lə bağlı valideynlərə müraciət etdi
Respublikamızda "Son zəng" tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.
Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.
Avtomobil yollarında hərəkətin təhlükəsizliyi Dövlət Yol Polisi əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcəkdir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakının Ziya Bünyadov prospektində qəza: Avtomobilləri evakuatorlar kənarlaşdırır
- Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
- Bakının bir neçə küçə və prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
- Vətəndaşların bank kartlarından ötən gün 31 min manat oğurlanıb
- Şəkidə QƏZA: Ata həlak oldu, xəsarət alan iki nəfərin son vəziyyəti AÇIQLANDI