Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanda nə baş verir? - TƏHLİL
Ermənistanda xaos yüksələn xətt üzrə inkişaf edir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk deyib.
“Oktyabr ayınadək Ermənistanın yeni baş naziri Nikol Paşinyana öz öhdəliklərini yerinə yetirməkdə heç kim mane olmurdu və o, bu müddətdə əsas sahələrdə həyat səviyyəsini yaxşılaşdıra, o cümlədən tariflərin endirilməsinə nail ola bilərdi.
Ancaq bu, baş vermədi və parlamentin yeni tərkibi ilə də baş verə bilməzdi. Buna görə Ermənistanda xaos yüksələn xətt üzrə inkişaf edir”, - ekspert deyib.
“Yəqin mayın əvvəlində bunu dediyimi xatırlayırsınız və indi Yerevanda yeni mənzərələrin tezislərini illüstrasiya etmək qalır”, - Trofimçuk əlavə edib.
Onun sözlərinə görə, Nikol Paşinyan ABŞ səfərindən sonra dərhal Ermənistan Milli Məclisinin tərkibinin dəyişdirilməsinə qərar verdi.
“Buna qədər o, heç yerə tələsmirdi. O, açıq şəkildə dedi ki, ölkənin gələcəyinə uyğun gəlməyən siyasətçilərin və partiyaların Ermənistanın siyasi səhnəsindən təmizlənməsindən sonra Qərb investisiyaları buraya daxil olmağa başlayacaq”, - müsahibimiz bildirib.
“Tanınmış erməni partiyaları Paşinyanı tərk etməyə başladılar. Və budur, o, bu düşmənlərə qarşı heç nə edə bilməyəcək, çünki əks halda onlarla tanınmış şəxs güllələnməlidir.
Bu, o deməkdir ki, Ermənistana sabitliyin qayıtması üçün uzun müddət lazımdır. Və burada əsas problem Respublika Partiyasında deyil. Kütlə istənilən anda Paşinyanı endirə bilər”, - politoloq bildirib.
Ekspertin sözlərinə görə, əgər ABŞ buradakı vəziyyəti öz əlinə alsa, onda mitinqdən imtina edib, evə qayıtmaq lazımdır, çünki burada heç nəyi dəyişmək mümkün olmayacaq.
Xatırladaq ki, dünən ölkə baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsi qəbul edilib. Bundan sonra Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilib.
Ə.Ş.
www.oxu.az
Oxu.Az yeniləndi!
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
Rəylər