Ermənistanın Gümrü şəhərinin sabiq meri Vardan Qukasyanın həbs müddəti iki ay uzadılıb.
Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Məhkəməsinin hakimi Levon Petrosyan məlumat verib.
Xatırladaq ki, Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, rüşvət almaqda təqsirləndirilsə də, ittihamlarla razılaşmır.