İsrail Hərbi Hava Qüvvələri Tehranın Mehrabad Beynəlxalq Hava Limanına hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu, müdafiə və aşkarlama sistemlərini sıradan çıxartmaq üçün edilib. Həmçinin bildirilib ki, bu sistemlər İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinə təhlükə yaratdığına görə bu addım atılıb.
İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hədəflərə yeni genişmiqyaslı zərbələr endirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "İsrail Hərbi Hava Qüvvələri Tehrandakı İran rejiminin hədəflərinə genişmiqyaslı zərbələr endirib".
İsrail aviasiyası İranın paytaxtı Tehranda yerləşən onlarla idarəetmə mərkəzini və daxili təhlükəsizlik qüvvələrinə aid obyektləri hədəfə alıb.
Oxu.Az xəbər verir ki, sözügedən əməliyyat barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti paylaşıb.
Qurumun "Telegram" kanalında dərc olunan bəyanatda bildirilir: "Qısa müddət öncə İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminə məxsus komanda mərkəzlərinə qarşı əlavə zərbələr həyata keçirib".
Bununla yanaşı, İsrail ordusu daxili təhlükəsizlik strukturlarına, quru qoşunlarının təchizat və logistika idarələrinə, həmçinin raket buraxılış qurğularına və İranın digər hərbi sistemlərinə zərbələr endirildiyini bəyan edib.