Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyənləşib.
R.Məlikov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Əzizə İsmayılova