Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əş-Şaraa Putindən nəyi tələb edib?
Suriya lideri Əhməd əş-Şaraa Rusiya Prezidenti Vladimir Putindən Bəşər Əsədi təslim etməyi tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalının mənbələri bildiriblər.
O, Rusiya liderindən Suriyanın keçmiş prezidenti B.Əsədin məhkəmə üçün təslim edilməsini tələb edib.
Məsələ ilə bağlı başqa təfərrüat yoxdur.
Xatırladaq ki, ötən il dekabrın 8-nə keçən gecə paytaxt Dəməşqi ələ keçirən müxalifət B.Əsədin hakimiyyəti dövrünün başa çatdığını elan edib. B.Əsəd Dəməşqi tərk edib və Moskvaya qaçıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar