Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Nyu-York şəhərində baş tutan BMT Baş Assambleyasının iclası zamanı əlində mobil telefonla diqqət çəkib.
Oxu.Az-ın məlumatına görə, sosial platformalarda yayılan videoda əş-Şaraanın BMT Baş Assambleyasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı "Instagram"da "Reels" videolarını izlədiyi və onları paylaşdığı aydın görünür.
Həmin kadrlar qısa müddət ərzində sosial şəbəkə istifadəçiləri arasında geniş yayılaraq virusa çevrilib.
Qeyd edək ki, bu, Əhməd əş-Şaraanın BMT Baş Assambleyasında ikinci iştirakıdır.
O, 2025-ci ildə təxminən 60 il ərzində BMT Baş Assambleyasında dünya liderləri qarşısında çıxış edən ilk Suriya nümayəndəsi olub.