Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN Qırğızıstana maddi-texniki yardım göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib.
Oxu.Az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.
Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.
Belə ki, böyük su tutumu və altı nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Dəniz kənarında inşa edilən qanunsuz tikili SÖKÜLDÜ
- Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?
- Azərbaycanda sabiq vəzifəli şəxs 41 yaşında vəfat etdi
- Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
- Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub