Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Estoniyadakı həbsxana digər ölkələrə icarəyə verilə bilər
Estoniya Tartu həbsxanasının qismən icarəyə verilməsi ilə bağlı digər ölkələrlə danışıqlara başlayacaq.
Oxu.Az Delfi-yə istinadən xəbər verir ki, hazırda orada 600 boş yer var.
"İcarə həbsxananı işlək vəziyyətdə saxlamağa, iş yerlərini qorumağa və gələcək üçün vacib biliklər əldə etməyə kömək edəcək", - deyə Respublikanın Ədliyyə Nazirliyi izah edib.
Qurum vurğulayıb ki, Estoniya həbsxanasında əcnəbi məhbus yeni cinayət törədərsə, onların hansı ölkənin qanunlarına əsasən cəzalandırılacağı, iqtisadi fayda və təhlükəsizlik məsələlərinin həlli vacibdir.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, İsveç və Niderland Estoniyaya cinayətkarların göndərilməsinə maraq göstəriblər.
"Estoniya" teqi üzrə xəbərlər
- Estoniya prezidenti Ukraynaya nə vaxt qoşun göndərəcəyini açıqladı
- Estoniya ilə əlaqələri kəsən tanker: Finlandiya təhqiqatı yekunlaşdırdı
- NATO aviasiyası və Estoniya HDQ Rusiyaya gedən gəmini ələ keçirməyə cəhd ediblər
- Latviya və Estoniya piyadalara qarşı minaların qadağan edilməsi haqqında konvensiyadan çıxırlar
- Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?